07/01/2020
20:43
7020
| A A A
Barcelona Arda Turanla bağlı qərarını verdi

Barcelona futbolçusu Arda Turanla bağlı qərarını açıqlayıb.

Goal.az Marca nəşrinə istinadən xəbər verir ki, Başakşehir-lə yollarını ayıran türkiyəli yarımmüdafiəçinin müqavilə ilə məxsus olduğu Kataloniya təmsilçisinə qayıtmayacağı dəqiqləşib.

Barcelona-nın baş məşqçisi Ernesto Valverde 33 yaşlı oyunçunu komandasında görmək istəməyib. Ardaya özünə yeni klub axtarması tövsiyə olunub.

Nəşr iddia edir ki, Turanın Barcelona ilə müqaviləsi olsa da, klubun qapıları onun üçün qapalıdır. Arda futbolçu karyerasına davam etmək istəyirsə, özünə başqa bir klub tapmağa məcburdur.

Qeyd edək ki, bu ilin iyununa qədər Barcelona ilə müqaviləsi olan Arda Turanın sabiq komandası Galatasaray-a qayıdacağı iddia edilir. (report)