14/01/2020
02:42
8717
| A A A
Barcelona-nın yeni baş məşqçisi müəyyənləşdi - RƏSMİ

Ernesto Valverde ilə yollarını ayıran Barcelona yeni baş məşqçi seçimini edib.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Kike Setyen ilə 2022-ci ilə qədər davam edəcək müqavilə imzalayıb. 

61 yaşlı mütəxəssis karyerası ərzində titul qazana bilməyib.

Qeyd edək ki, son olaraq Real Betis-i çalışdıran Setyenin rəsmi təqdimat mərasimi sabah keçiriləcək.