24/02/2020
10:34
4070
| A A A
“Messinin qucaqlamasından sonra..."

Barcelona-nın yeni transferi Martin Braytvayt Kataloniya klubunda debüt edib.

Goal.az xəbər verir ki, danimarkalı hücumçu evdə Eibar-a 5:0 qalib gəldikləri matçda 30 dəqiqə meydanda olub.

O, görüşdən sonra İspaniya mətbuatına açıqlama verib. Barcelona-da oynamağın ona yuxu kimi gəldiyini deyən futbolçu matçda poker edən kapitan Lionel Messi haqda maraqlı fikir səsləndirib:

“Messinin qucaqlamasında sonra formamı yumayacağam. Təsəvvür edin ki, bir həftə əvvəl Barcelona-da oynayacağım ağlıma da gəlmirdi.

Messi oyundan sonra məni təbrik etdi. O, əla oğlandır. İstəyir ki, mənə burada rahat olsun. Meydana çıxanda ötürmə vermək üçün məni axtarırdı”.

Qeyd edək ki, Barcelona 22 yaşlı futbolçunu Leganes-dən 18 milyon avroya alıb.