09/03/2020
16:55
4239
| A A A
Barcelona-dan Messiyə yeni təklif

Barcelona komandanın kapitanı Lionel Messiyə yeni müqavilə təklif etmək üzrədir.

Goal.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Məlumata görə, rəhbərlik illik 50 milyon avro alan argentinalıya 2023-cü ilə qədər sözləşmə təklif edəcək. Messi Kataloniya klubunda 2004-cü ildən oynayır. İyunda 33 yaşı tamam olacaq futbolçu Barcelona-da keçirdiyi 718 matçda 627 qol vurub və 261 assit edib.

Qeyd edək ki, Messinin Barcelona ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.