16/03/2020
19:51
2943
| A A A
Ter Ştegenə 6,3 milyon avroluq təklif

Barcelona futbolçusu Mark-Andre Ter Ştegenə təklif etdiyi müqavilənin detalları məlum olub.

Goal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu 27 yaşlı futbolçuya 2024-cü ilədək nəzərdə tutulan müqavilə təklif edib.

Müqaviləyə görə, alman qolkiper ildə 6,3 milyon avro məvacib qazanacaq. Tərəflərin bu müqavilə ilə bağlı danışıqlara başladığı bildirilir.

Qeyd edək ki, 2014-cü ildən Barcelonada çıxış edən Ter Ştegenin hazırkı müqaviləsi 2022-ci ilin yayınadək nəzərdə tutulur.