21/03/2020
14:44
1471
| A A A
La Liqa klubunun çinli futbolçusunda koronavirus aşkarlandı

"Espanyol"un futbolçusu U Ley koronavirusa yoluxub.

Goal.az xəbər verir ki, 29 yaşlı çinli hücumçunun testi müsbət nəticə verib və o, evində karantindədir.

"Espanyol" daha öncə 6 oyunçusunda koronavirus aşkarlandığını bildirsə də, onların adlarını açıqlamayıb. La Liqa rəhbərliyi çempionat oyunlarını koronavirusa görə aprelin əvvəlinə kimi təxirə salıb.

U Ley 2019-cu ilin yanvarından "Espanyol"da çıxış edir. Çin millisinin də formasını geyinən forvard cari mövsüm Kataloniya təmsilçisinin heyətində 38 oyunda iştirak edib və 7 qol vurub.