23/03/2020
17:23
2953
| A A A
La Liqada fasilə müddəti uzadıldı

İspaniyada bütün futbol çempionatlarında fasilə müddəti uzadılıb.

Goal.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyası məlumat yayıb.

Məlumatda, La Liqa da daxil olmaqla, ölkədəki bütün liqalarda koronavirus səbəbiylə yaranan fasilənin uzadıldığı və oyunların qeyri-müəyyən müddətə qədər təxirə salındığı bildirilib.

İlk qərara görə, çempionatın iki turu təxirə salınmışdı.