26/03/2020
13:26
1757
| A A A
Barcelona-nın futbolçuları maaşlarının azaldılmasına qarşı çıxdılar

Barcelona futbolçularının bir hissəsi koronavirusa görə maaşlarının 70 faiz azaldılmasına etiraz edib.

Goal.az xəbər verir ki, Katalon klubu koronavirus pandemiyasına görə maliyyə itkilərini hesablayıb və futbolçulara əmək haqlarının 70% azaldılması ilə razılaşmağı təklif edib. Oyunçuların bir hissəsi bununla razılaşıblar, ancaq bəzi futbolçular buna qarşı çıxıblar.

Bildirilir ki, Barcelona bir müddət bu tədbiri İspaniyadakı karantinə daxil etmək istəyir. Bəzi məlumatlara görə, maaşların 70% azaldılması futbolçuların bir neçə həftə ərzində illik əmək haqlarının 5-10%, başqa məlumata görə isə, 20%-ə qədər itirməsinə səbəb olacaq.