20/05/2020
21:45
764
| A A A
Məşhur hücumçu karyerasını başa vurduğunu açıqladı

Athletic Bilbao-nun futbolçusu Arits Aduris karyerasını başa vurub.

Goal.az xəbər verir ki, ispan hücumçu qərarını sosial şəbəkə hesabı vasitəsilə açıqlayıb.

39 yaşlı forvard bildirib ki, futbolla vidalaşmağın vaxtı çatıb: "Əvvəldən sonadək unudulmaz və gözəl olan səyahətim başa çatır. Çox sağ olun", - təcrübəli oyunçu yazıb.

Qeyd edək ki, Aris Adurits XXI əsrdə Athletic-in ən yaxşı bombardiridir. O, bu komandanın heyətində 172 qol vurub. İspaniya millisinin də formasını geyinmiş futbolçu 2015-ci ildə Bilbao təmsilçisi ilə ölkə Superkubokunun qalibi, 2014/2015 mövsümündə isə kubokun finalçısı olub. Adurits müxtəlif vaxtlarda Real Valladolid, Mallorca və Valencia klublarında da çıxış edib.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5388 səs