24/05/2020
22:42
769
| A A A
Zidan özünütəcrid qaydalarını pozdu

Real Madrid-in baş məşqçisi Zinəddin Zidan özünütəcrid qaydalarını pozub.

Goal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis paytaxtdan aralıdakı kənd evində görünüb. Halbuki, Madrid sakinlərinin şəhəri tərk etmələri koronavirus pandemiyası ilə əlaqədar qadağandır. Fransalı mütəxəssis buna görə 1 450 avro cərimələnə bilər.

Qeyd edək ki, Real Madrid məşqlərini mayın 18-də öz bazasında bərpa edib. İspaniya çempionatı iyunda start götürməlidir. (Report)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8975 səs