31/05/2020
14:55
1482
| A A A
Real Madrid yay transfer pəncərəsindən məhrum ola bilər

Real Madrid koronavirus pandemiyasının yaratdığı çətinliklərlə əlaqədar yay transferindən məhrum ola bilər.

Goal.az xəbər verir ki, pandemiyaya görə yaranmış böhran komandada ciddi əks oluna bilər. Klubun maliyyə çətinlikləri ilə əlaqədar yay transfer pəncərəsində heç bir futbolçunu almayacağı istisna olunmur.

Transferlər yalnız klubun böyük sayda oyunçularını sata biləcəyi halda gerçəkləşə bilər. Ancaq bu variant ağlasığmazdır. Çünki bir çox klub indi oyunçulara pul xərcləməyə hazır deyil.

Qeyd edək ki, Real Madrid La Liqada 27 turundan sonra 56 xalla ikinci yer tutur. Komanda lider Barcelona-dan 2 xal geri qalır.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
7551 səs