02/06/2020
15:53
2779
| A A A
Barcelona-nın 5 üzvü koronavirusa yoluxub

Barcelona-da beş oyunçusunun koronavirusa tutulduğu bildirilir.

Goal.az xəbər verir ki, məşqçilər heyətinin iki üzvü də xəstəliyə yoluxub.

Məlumata görə, hazırda klubda hər kəs sağalıb. Komanda kollektiv məşqləri də bərpa edib. Ancaq Kataloniya təmsilçisinin bunu daha öncə açıqlamadığı bildirilir.

Bu məlumatın klub tərəfindən təsdiqlənmədiyi və La Liqanın heç bir hesabatında əksini tapmadığı qeyd olunub.

Martda koronavirus pandemiyası səbəbindən dayandırılmış İspaniya La Liqasının iyunun 11-də bərpa olunacağı açıqlanıb. (Matc)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
18344 səs