09/07/2020
10:47
2077
| A A A
Hazardın son durumu bilindi

Real Madrid-in vinqeri Eden Hazard optimal fiziki formasından uzaqdı.

Goal.az xəbər verir ki, Hazardın ayaq biləyində hələ də ağrılar var. Ötən gün belçikalı futbolçu Real-ın məşqində iştirak etsə də, mini-oyun formatındakı çalışmalar zamanı meydançanı tərk edib.

Bu səbəbdən Hazardın Alaves-lə oynanılacaq matçı da buraxacağı gözlənilir. 29 yaşlı oyunçu Getafe və Atletico ilə oyunlarda komandasına kömək edə bilməmişdi.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
12662 səs