07/08/2020
22:14
1326
| A A A
İspaniya klubunun yeni baş məşqçisi bilindi

İspaniyanın “Mallorca” klubunun yeni baş məşqçisi məlum olub.

Goal.az xəbər verir ki, bu mövsüm La Liqanı tərk edən komandanın “sükan”ı Luis Qarsiya Plasaya tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 47 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Luis Qarsiya bundan əvvəl “Elche”, “Villarreal”, “Getafe” kimi komandaları çalışdırıb. Mütəxəssis yeni iş yerində Visente Morenonu əvəzləyib.

Qeyd edək ki, “Mallorca” geridə qalan mövsümdə La Liqanı 19-cu sırada bitirərək, elitanı tərk edib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24280 səs