13/08/2020
20:47
5013
| A A A
Məşhur baş məşqçi Barcelona-nın təklifindən imtina etdi

Barcelona Arsen Vengerə təklif göndərib.

Goal.az xəbər verir ki, bu barədə "Le10sport" nəşri məlumat yayıb. Məlumata görə, Kataloniya klubu 71 yaşlı mütəxəssisə baş məşqçi postunu təklif edib. Lakin Venger bu təklifi qəbul etməyib.

Qeyd edək ki, Arsen Venger 1996-2018-ci illərdə 22 il ardıcıl Arsenal-a başçılıq edib və 2017/18 mövsümünün sonunda komandadan ayrılıb. Həmin vaxtdan işsizdi.

Qeyd edək ki, Barcelona-nın hazırkı baş məşqçisi Kike Setyenlə müqaviləsi 2022-ci ilin yayında başa çatır. (Fanat)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24504 səs