15/08/2020
15:28
6847
| A A A
Barcelona Setyenin əvəzləyicisini tapdı

Son olaraq Tottenham-i çalışdıran Maurisio Poçettino yaxın zamanda Barcelona-nın baş məşqçisi ola bilər.

Goal.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, argentinalı mütəxəssisin hazırda komandanın baş məşqçisi olan Kike Setyeni əvəzləyəcəyi bildirilir.

Barcelona-nın prezidenti Xosep Maria Bartomeu bu həftə Poçettino ilə görüşəcək.

Qeyd edək ki, Barcelona-da Çempionlar Liqasında Bayern Münich-ə 2:8 hesablı məğlubiyyətdən sonra baş məşqçi Kike Setyenin istefaya göndəriləcəyi gözlənilir.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
18985 səs