15/09/2020
12:25
715
| A A A
David Silva koronavirusa qalib gəldi

Real Sociedad-ın yeni transferi David Silva koronavirusa qalib gəlib.

Goal.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

34 yaşlı futbolçu bu gün kollektivlə birlikdə məşq edib. İspan oyunçunun sentyabrın 20-də La Liqanın 2-ci turunda Real Madrid ilə ev oyununda meydana çıxması gözlənilir.

Qeyd edək ki, bu yay Manchester City-dən ayrılan David Silva Real Sociedad-a azad agent kimi keçib. Avqustun 31-də təqdimat mərasimi keçirilən futbolçuda koronavirus aşkarlandıqdan sonra o, 2 həftəlik karantinə alınmışdı.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
19360 səs