17/10/2020
13:44
1080
| A A A
Barcelona-nın futbolçuları maaşlarının azaldılmasından imtina etdi

Barcelona-nın prezidenti Xosep Mariya Bartomeu növbəti dəfə futbolçulara və işçilərə müraciət edib.

Goal.az xəbər verir ki, 57 yaşlı funksioner komanda üzvlərini maaşların 30 faiz azaldılması təklifi ilə razılaşmağa çağırıb. Lakin bu dəfə imtina cavabı alıb.

Məsələ ilə bağlı danışıqların oktyabrın 22-dək aparılacağı, hətta müddətin 5 noyabradək uzadıla biləcəyi qeyd olunub.

Rəhbərlik futbolçularla razılığın əldə olunacağına ümid edir. Bu, baş verməsə, klub məvacibləri birtərəfli şəkildə azaldacaq.

Qeyd edək ki, Barcelona koronavirus pandemiyası səbəbindən 97 milyon avro itirib.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
9740 səs