22/10/2020
17:52
1514
| A A A
Jurnalist Barcelona-nın gənc ulduzuna qarşı irqçilik edib

Barcelona-nın futbolçusu Ansu Fati İspaniyada bir jurnalistin irqçi ifadəsinə məruz qalıb.

Goal.az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda Ferentcvaros-a 5:1 hesabı ilə qalib gəldikləri matçda qol və məhsuldar ötürmə ilə yadda qalan 17 yaşlı hücumçu ilə bağlı ABC qəzetində görüşü şərh edən jurnalist Salvador Sostres bu sözləri yazıb:

"Ansu bir ceyran kimi qaçır. Qrasia küçəsində polisdən qaçarkən su satdığını söyləyən qara uşaqlar kimi qaçır".

"Mundo Deportivo" Barcelona-nın buna görə ABC nəşrini və jurnalisti məhkəməyə verəcəyini yazıb. (fanat)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
21642 səs