23/10/2020
16:40
3939
| A A A
Ulduz futbolçu həbs oluna bilər

Real Madrid-in üzvü Luka Yoviç həbs oluna bilər.

Goal.az xəbər verir ki, buna səbəb serbiyalı futbolçunun ölkəsində karantin qaydalarını pozmasıdır. Mart ayında Belqradda koronavirusla bağlı tətbiq olunan karantin qaydalarını pozan hücumçu 6 aylıq həbs edilə bilər.

Serbiya məhkəməsinin bu gün 22 yaşlı futbolçuyla bağlı qərarı açıqlaması gözlənilir.