28/10/2020
11:03
1504
| A A A
Barcelona-nın prezidenti istefa verdi — RƏSMİ

Barcelona-nın prezidenti Josep Maria Bartomeu vəzifəsindən istefa verib.

Goal.az xəbər verir ki, bu barədə Kataloniya klubunun saytı məlumat yayıb. O, bu qərarını idarə heyətinin üzvləri ilə iclasından sonra açıqlayıb.

İspaniya mətbuatı istefa səbəbinin zəif nəticələr və klubun iqtisadi vəziyyəti olduğunu yazıb.

Bundan əvvəl Bartomeu, klub üzvləri tərəfindən etimadsızlıq qərarı almışdı. Prezident referendumu gözləməmək qərarına gəlib və istefa verib.

Qeyd edək ki, Bartomeu 2014-cü ildən Kataloniya təmsilçisinin prezidenti idi. O, dünən vəzifəsindən istefa verməyəcəyini açıqlamışdı.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
21513 səs