29/11/2020
13:29
2109
| A A A
Real Madrid-də ciddi itki

Real Madrid İspaniya La Liqasının 11-ci turu çərçivəsində doğma meydanda Alaves-ə 1:2 hesabı ilə məğlub olub.

Goal.az xəbər verir ki, bu oyunda “kral klubu” ciddi itki ilə üzləşib. Belə ki, komandanın hücumçusu Eden Hazard matçın gedişində zədələnib. Oyunun 28-ci dəqiqəsində zədələnən belçikalı futbolçu Rodriqo ilə əvəzlənib. Futbolçunun vəziyyəti ilə bağlı məlumat verilməyib.

Komandanın baş məşqçisi Zinəddin Zidan oyundan sonra verdiyi açıqlamada, Hazardın zədəsinin ciddi olmadığına ümid etdiyini bildirib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24616 səs