08/01/2021
14:52
2576
| A A A
Zidanı kim əvəzləyəcək?

İspaniyanın Real klubu gələcəkdə baş məşqçisi ola biləcək mütəxəssisi müəyyənləşdirib.

Goal.az xəbər verir ki, Madrid təmsilçisi hazırkı baş məşqçi Zinəddin Zidandan sonra bu posta klubun əfsanəsi Raul Qonsales Blankonu gətirməyi planlaşdırır.

Klub rəhbərliyi hazırda ikinci komandaya rəhbərlik edən öz yetirməsinə güvənmək qərarına gəlib. Digər namizəd Maurisio Poçettino PSG ilə müqavilə imzaladıqdan sonra Raul madridlilərin siyahısında yeganə məşqçidir.

Qeyd edək ki, o, 2019-cu ildən klubun ikinci komandasını çalışdırır və yetirmələri ilə UEFA Gənclər Liqasının qalibi olub. (APA)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24311 səs