09/01/2021
12:23
1060
| A A A
Real Madrid səfərə yollanmaqda çətinlik çəkdi

İspaniya La Liqasının XVIII turunda Osasuna ilə qarşılaşmalı olan Real səfərə yollanmaqda çətinliklə üzləşib.

Goal.az xəbər verir ki, buna səbəb hava şəraitinin kəskin pisləşməsidir.

Komanda dünən Madrid aeroportuna gedərək təyyarəyə minsə də, uçuşa icazə verilməyib. Həm yerin buzlu, həm də havanın əlverişsiz olması ucbatından təyyarə hərəkət etməyib. Gecəni Madriddə qalan komandanın təyyarəsinə, nəhayət, bu gün uçuş üçün icazə verilib.

La Liqa rəhbərliyinə vəziyyəti izah edən Real klubu matçın sabah oynanılmasını istəyib. Lakin qurum bu tələbi rədd edib. İspaniyada qar yağışı davam etdiyindən Osasuna rəhbərliyi stadionu təmizlətmək üçün əlavə işçi qüvvəsi cəlb edib.

Qeyd edək ki, bu gün keçiriləcək Osasuna – Real oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24310 səs