09/01/2021
13:12
1262
| A A A
La Liqanın oyunu təxirə salındı

İspaniya La Liqasının XVIII turunun bir oyunu təxirə salınıb.

Goal.az xəbər verir ki, Atletico – Athletic görüşü təqvimdə nəzərdə tutulduğu kimi, bu gün baş tutmayacaq.

Buna səbəb Madriddə güclü qarın yağmasıdır. Qar yağışı və külək matçın keçiriləcəyi arenanı yararsız hala salıb. La Liqa rəhbərliyi çempionatın lideri Atletico-nun bu gün keçirməli olduğu ev matçını təxirə salıb. Qarşılaşmanın nə vaxt baş tutacağı hələlik məlum deyil.

Qeyd edək ki, İspaniyada hava şəraitinin əlverişsiz olması səbəbindən turun daha bir neçə görüşünün təxirə salınması istisna edilmir.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24310 səs