Buskets 600-ə çatdı
La Liqanın 18-ci turunda hazırda davam edən Granada- Barcelona matçı futbolçu Serxio Buskets üçün əlamətdar olub.
Goal.az xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi məlumat yayıb.
Belə ki, bu matç 32 yaşlı yarımmüdafiəçinin Kataloniya təmsilçisindəki 600-cü matçıdır.
Qeyd edək ki, Buskets 2008-ci ildən Barcelona-nın əsas komandasında oynayır.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR