10/01/2021
10:56
2275
| A A A
Messidən tarixi rekord

Barcelona-nın kapitanı Lionel Messi daha bir tarixi rekorda imza atıb.

Goal.az xəbər verir ki, argentinalı ulduz futbolçu La Liqanın XVIII turunda Granada ilə səfərdə buna nail olub.

Matçın ilk hissəsində dubl edən 33 yaşlı oyunçu cari mövsüm çempionatda qol sayını 11-ə çatdıraraq bombardirlər yarışında liderliyə yüksəlib. Bununla o, İspaniya çempionatları tarixində ardıcıl 15 mövsüm ən azı 10 qol vuran ilk futbolçu olub.

Qeyd edək ki, sözügedən matç 4-0 Kataloniya təmsilçisinin qələbəsi ilə nəticələnib.

 

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24311 səs