10/01/2021
12:52
2067
| A A A
Zidan: "Osasuna ilə matç təxirə salınmalı idi"

Real Madrid-in baş məşqçisi Zinəddin Zidan La Liqanın 18-ci turu çərçivəsində keçirilən Osasuna ilə qolsuz bərabərə qaldıqları matçı şərh edib.

Goal.az "Marca" nəşrinə istinadən xəbər verir ki, o, oyunun pis hava şəraitində keçirilməsinə etiraz edib.

"Pis oyun sərgilədik, amma belə bir meydanda əlimizdən gələni etdik. Bu, futbol deyildi. Madridə nə vaxt qayıdacağımızı da bilmirik. Bu matç təxirə salınmalı idi, amma artıq gecdir. Deyə bilərəm ki, oyun üçün şərtlər uyğun deyildi",- deyə o bildirib.

Qeyd edək ki, dünən La Liqanın bəzi oyunları hava şəraiti ilə əlaqədar təxirə salınsa da, bu, sözügedən qarşılaşmaya aid edilməmişdi.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24311 səs