Barcelona Real Madrid-lə oyuna xüsusi formada çıxacaq
Barcelona-nın keçmiş kapitanı Karles Puyol komandanın 2020/2021 mövsümü üçün beşinci dəst formasını təqdim edəcək.
Goal.az "Espana" nəşrinə istinadən xəbər verir ki, həmin forma yalnız bir oyunda istifadə olunacaq. Bu, aprelin 11-də Real Madrid-lə səfər matçına təsadüf edəcək.
Geyimin üzərində Kataloniya bayrağının sarı-qırmızı zolaqlı rəngləri klubun qırmızı-narıncı zolaqları ilə vəhdətə girəcək. Xüsusi futbolkalar yanvarın sonlarında klubun mağazalarında satışa çıxarılacaq.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR