13/01/2021
19:34
2069
| A A A
Barcelona-da ciddi itki

Barcelona-nın kapitanı Lionel Messi İspaniya Superkubokunun yarımfinalında Real Sociedad-la görüşü buraxacaq.

Goal.az xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb. Bildirilib ki, argentinalı hücumçu La Liqanın 18-ci turunda Granada ilə oyunda (4:0) yüngül zədə alıb və özünü narahat hiss edir.

Qeyd edək ki, Barcelona - Real Sociedad matçı bu gecə Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24227 səs