17/01/2021
14:53
1434
| A A A
Torres baş məşqçiliyə başlayır

Atletico Madrid-in sabiq futbolçusu Fernando Torres Madrid təmsilçisinin B komandasını çalışdıracaq.

Goal.az xəbər verir ki, bu barədə Marca nəşri məlumat yayıb.

Torres ötən ilin sentyabr ayında Atletico Futbol Akademiyasında işə başlasa da, UEFA-nın PRO kateqoriyalı məşqçi lisenziyasını alması üçün ona 6 ay lazım olub.

La Liqa klubunun B komandası 36 yaşlı mütəxəssisin rəhbərliyi altında bu gün ilk oyununa çıxacaq və Poblense ilə qarşılaşacaq.

Qeyd edək ki, Torres 2001-2007, 2015/16 (icarə əsasında) və 2016-2018-ci illərdə Atletico-da oynayıb.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19920 səs