17/01/2021
18:43
1246
| A A A
Zidandan antirekord

Son oyunlarda uğursuz çıxış edən Real Madrid-in baş məşqçisi Zinəddin Zidan anrtirekorda imza atıb.

Goal.az xəbər verir ki, İspaniya superkubokunun yarımfinal mərhələsində Athletic-ə məğlub olaraq (1:2) mübarizəni dayandırdığı oyun Madrid klubunun cari mövsümdəki 25-ci matçı olub.

Real bu oyunların 14-də qalib gəlib, 6 dəfə məğlub olub və 5 dəfə bərabərliyə razılaşıb. Bu göstərici baş məşqçi Zinəddin Zidanın fəaliyyəti dövründə ən pis başlanğıcdır.

Qeyd edək ki, La Liqada 18 oyundan sonra 37 xal toplayan Real turnir cədvəlinin 2-ci pilləsindədir.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19920 səs