Messi 12 oyunluq cəzalana bilər
Barcelona-nın kapitanı Lionel Messini ağır cəza gözləyir.
Goal.az xəbər verir ki, İspaniya superkubokunun finalında Athletic-in oyunçusu Asyer Vilyalibreninin başına arxadan zərbə vuran 34 yaşlı hücumçu Əsasnaməyə görə 4-12 oyunluq cəzalandırıla bilər.
Qarşılaşmanın bitməsinə bir dəqiqə qalmış - 120+1-ci dəqiqədə Messi qırmızı vərəqə alaraq meydandan qovulub. Bu, argentinalı futbolçunun klub karyerasında ilk qırmızı vərəqəsidir.
Qeyd edək ki, Athletic final matçının əlavə vaxtında Barcelona-ya 3:2 hesabı ilə qalib gəlib.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR