26/01/2021
12:54
1787
| A A A
Barcelona bankrotla üz-üzə: Klubun 1 milyard avrodan çox borcu var

Barcelona bankrot ola bilər.

Goal.az xəbər verir ki, Kataloniya təmsilçisinin 1 milyard 173 milyon avro borcu var. Borcun 730 milyon avrosu klubun qısa müddət ərzində hesablaşmalı olduğu öhdəliklərdir. Habelə, iyunun 30-dək bağlanılmalı olan 266 milyon avro bank borcu mövcuddur. Daha 90 milyon avronu isə Barcelona dünyanın nəhəng investisiya banklarından olan "Goldman Sachs"a verməlidir.

Bundan başqa klubun gəlirlərinin 74 faizi əmək haqlarının ödənilməsinə gedir. Bu göstərici La Liqada qəbul olunmuş 70 faizlik limiti aşır. Cari maliyyə ilində xərclərin 796 milyon avro, gəlirlərin isə 828 milyon avro təşkil edəcəyi gözlənilir. (report)

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19862 səs