09/02/2021
15:29
2011
| A A A
Suarez Ronaldonun rekordunu qırdı

İspaniya Primerasının 22-ci turunda Atletico Madrid doğma meydanda Celta Vigo-nu qəbul edib.

Goal.az xəbər verir ki, Vanda Metropolitano stadionunda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb. Madrid klubunun forvardı Luis Suarez oyunda komandasının 2 qolunu vurub.

Beləliklə, Suarez Atletico-nun formasını geydiyi 17 oyunda 16 dəfə fərqlənərək, XXI əsrdə özünün debüt mövsümündə ən çox qol vuran futbolçu olub. Bunun üçün ona ən qısa oyun vaxtı lazım gəlib. Əvvəlki rekord göstərici 2009/2010 mövsümündə Real Madrid-in heyətində 17 oyunda 15 qol vuran Kriştiano Ronaldoya məxsusdur.

Xatırladaq ki, 34 yaşlı uruqvaylı hücumçu 2020-ci ilin sentyabrında Barcelona-dan ayrılaraq müstəqil agent kimi Atletico-ya qoşulub. Onun Madrid klubu ilə müqaviləsi 2022-ci ilin yayına qədər qüvvədədir.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19922 səs