11/02/2021
15:21
1061
| A A A
Messi 900-ə çatdı

Sevilla ilə İspaniyanın Kubokunun yarımfinal mərhələsinin ilk oyunu Barcelona-nın kapitanı Lionel Messi üçün əlamətdar olub.

Goal.az xəbər verir ki, argentinalı hücumçu peşəkar karyerasında 900-cü matçına çıxıb.

34 yaşlı forvard bu görüşlərin 758-ni Kataloniya klubunun, 142-ni isə Argentina millisinin heyətində keçirib.

Messi 41-ci dəfə Sevilla ilə oyunda iştirak edir. Ulduz futbolçu bu rəqiblə qarşılaşmalarda 37 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Sevilla - Barcelona matçı meydan sahiblərinin 2-0 hesablı qələbəsiylə bitib.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19923 səs