12/02/2021
23:27
801
| A A A
Real Madrid-in zədəlilərindən ikisi sıraya döndü

Real Madrid-in iki futbolçusu zədəsini sağaldıb.

Goal.az xəbər verir ki, Dani Karvaxal və Lukas Vaskes sağalıb.

Hər iki futbolçu komanda ilə birlikdə məşqlərə başlayıb.

Komandanın digər zədəliləri – Eder Militao, Marselo, Rodriqo, Alvaro Odriosola və Eden Hazard isə hələ də sağalmayıblar. Onlar fərdi məşq edirlər və La Liqanın növbəti turunun Valencia ilə oyununu buraxacaqlar. Yenicə əməliyyat olunan Serxio Ramos isə bərpa prosesi keçir.

Qeyd edək ki, Real Madrid – Valencia oyunu fevralın 14-də keçiriləcək.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19923 səs