15/02/2021
12:27
796
| A A A
Real Madrid-də ciddi itki

Real Madrid ciddi itkiylə üzləşib.

Goal.az xəbər verir ki, Madrid təmsilçisinin futbolçusu Dani Karvaxal sıradan çıxıb. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Müdafiəçi Real-ın La Liqanın 23-cü turunda Valencia-ya qarşı keçirdiyi oyunda (2:0) zədələnib.

Karvaxalın son durumu tibbi müayinədən sonra bilinəcək. 29 yaşlı futbolçunun La Liqanın 24-cü turunun Valladolid-lə səfər matçını buraxacağı dəqiqdir.

Real-da Karvaxalla yanaşı, Serxio Ramos, Marselo, Rodriqo, Federiko Valverde, Eder Militao, Alvaro Odriosola da zədəlidir.

Qeyd edək ki, Valladolid – Real Madridmatçı fevralın 21-də keçiriləcək.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19923 səs