Atletico Madrid-in koronavirusa yoluxanlarından üçü sağaldı
Atletico Madrid-in koronavirusa yoluxan futbolçularından üçü sağalıb.
Goal.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Belə ki, bir müddət öncə COVİD-19 testi pozitiv çıxmış Joao Feliks, Mario Hermoso və Yannik Karrasko artıq tam sağalıb.
Onlar komanda ilə məşqlərdə iştirak edirlər. Hətta adıçəkilən futbolçular La Liqanın 2-ci turundan təxirə salınmış və sabah keçiriləcək Levante ilə səfər matçının iştirak ərizəsinə də daxil ediliblər.
Qeyd edək ki, Atletico-da Tomas Lemar, Hektor Herrera və Mussa Dembele də koronavirusa yoluxub.
Fevralın 17-də baş tutacaq Levante - Atletico Madrid matçına Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. (matc)
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR