Barcelona-nın sabiq futbolçusu vəfat etdi
Barcelona klubunun sabiq futbolçusu Mati Verhes dünyasını dəyişib.
Goal.az verir ki, keçmiş yarımmüdafiəçi 87 yaşında vəfat edib.
Qeyd edək ki, Mati Verhes 285 matçda Barcelona-nın formasını geyinib. O, 1958/1959, 1959/1960 mövsümlərində İspaniya çempionatının, 1956/1957, 1958/1959, 1962/1963 mövsümlərində ölkə kubokunun qalibi olub. Verhes həmçinin üç dəfə indiki Avropa Liqasının (1955/1958, 1958/1960, 1965/1966) qazanıb.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR