20/02/2021
16:56
974
| A A A
Real Madrid-də növbəti itki

Real Madrid ciddi itki ilə üzləşib.

Goal.az xəbər verir ki, “kral klubu”nun hücumçusu Kərim Benzema sıradan çıxıb. Bu barədə komandanın baş məşqçisi Zinəddin Zidan açıqlama verib.

Fransız mütəxəssis, Benzemanın La Liqanın 24-cü turu çərçivəsində Valladolid-ə qarşı keçirəcəkləri səfər matçını buraxacağını bildirib.

Fransız hücumçu Çempionlar Liqasının 1/8 finalının Atalanta ilə ilk oyununda da iştirak etməyə bilər.

Madrid klubunda Serxio Ramos, Eden Hazard, Marselo, Dani Karvahal, Eder Militao, Alvaro Odriosola, Federiko Valverde, Rodriqo və Dani Karvahal da zədəlidir.

Valladolid – Real matçı bu gün saat 00:00-da start götürəcək.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
20019 səs