La Liqa klubu məvacibləri azaldır
Athletic Bilbao bu mövsüm ikinci dəfə futbolçularının məvacibini azaldacaq.
Goal.az xəbər verir ki, bu barədə Marca nəşri məlumat yayıb.
Xəbərdə artıq klub rəhbərliyi ilə futbolçular arasında razılıq əldə olunduğu bildirilib. Athletic-də maaşların azaldılmasına səbəb koronavirus pandemiyasının yaratdığı maliyyə çətinlikləridir.
Athletic-də mövsümün əvvəlində də futbolçuların maaşları azaldılmışdı. Baskoniya təmsilçisi hazırda La Liqada 10-cu sıradadır. (sportinfo)
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR