22/02/2021
22:46
829
| A A A
Real Madrid 200 milyon avroluq saxtakarlıqda günahlandırılır

Real Madrid-in rəhbərliyi klubun imic haqlarının satışı ilə bağlı saxtakarlıqda ittiham olunur.

Goal.az xəbər verir ki, Madrid təmsilçisi 2016-cı ildə internet üzərindən satış üçün ABŞ-ın Providence investisiya fondu ilə danışıqlara başlayıb.

Növbəti ildə tərəflər 200 milyon avro məbləğində 4 illik müqavilə bağlayıblar. Vəsait komandanın ev oyunlarını keçirdiyi Santyaqo Bernabeu stadionunun qurulmasına xərclənməli idi.

Məlum olub ki, "kral klubu" sözləşməni fondun Kayman adalarında yerləşən iki törəmə şirkəti ilə imzalayıb. 2017-ci ilin əvvəlində qurulan şirkətlərin maliyyə kapitalı 20 min avro olub. Real Madrid klubu İspaniyada vergidən yayınmaq üçün bu yola əl atıb.

İddiaya görə, rəhbərlik özü də bu əməliyyatın saxtakarlıq kimi qiymətləndirilə biləcəyini istisna etmirdi. (report)

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19920 səs