Messi ən yaxşı futbolçu seçildi
La Liqada fevral ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Goal.az xəbər verir ki, Barcelona-nın hücumçusu Lionel Messi ötən ayın ən yaxşısı seçilib. 33 yaşlı oyunçu fevralda meydana çıxdığı 5 matçda 7 qol vurub.
Qeyd edək ki, Messi səsvermədə Aleksandr İsak (Real Sociedad), Yassin Bunu (Sevilla), Tibo Kurtua (Real Madrid), Aleks Berenqer (Ahtletic Bilbao), Nabil Fekir (Real Betis) və Xose Luis Moralesi (Valencia) qabaqlayıb.
Çempionlar Liqasını kim qazanacaq?
PSG
MANCHESTER CITY
REAL MADRID
CHELSEA