Real Madrid Ronaldoya qanunsuz ödəniş edib
Braziliya millisinin və Real Madrid-in sabiq futbolçusu Ronaldo 2016-cı ildə "kral klubu"nun səfiri təyin olunduqdan sonra əmək müqaviləsi olmadan hər il madridlilərdən 1 milyon avro məvacib alıb.
Goal.az xəbər verir ki, Madrid təmsilçisi veteran hücumçunun gəlirləri barədə vergi orqanlarına məlumat verilməsinə ehtiyac duymadığı üçün onunla müqavilə imzalamayıb. Bu proses 2 il davam edib.
Ronaldo ilə yanaşı, keçmiş futbolçular Roberto Karlos və Raul Qonsalesə də qeyri-qanuni yolla maaş ödənilib.
Qeyd edək ki, Ronaldo 2002 - 2007-ci illərdə Real Madrid-də çıxış edib. (report)
Çempionlar Liqasını kim qazanacaq?
PSG
MANCHESTER CITY
REAL MADRID
CHELSEA