06/03/2021
14:57
2716
| A A A
Real Madrid-də ciddi itki

Real Madrid daha bir ciddi itki ilə üzləşib.

Goal.az xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Mariano Dias zədələnib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı hücumçu zədə səbəbindən La Liqanın 26-cı turu çərçivəsində Atletico Madrid-ə qarşı səfər matçında forma geyinə bilməyəcək.

Diasın bərpa müddəti açıqlanmayıb. 2018-ci ildən Real Madrid-də çıxış edən hücumçu bu mövsüm 15 oyunda 1 qol vurub.

Qeyd edək ki, Atletico Madrid – Real Madrid matçı martın 7-də keçiriləcək.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13766 səs