22/03/2021
13:33
1814
| A A A
Messi Kasilyasın rekordunu yenilədi

İspaniya La Liqasının XXVIII turunun Real Sociedad-la oyunu Barcelona-nın kapitanı Lionel Messi üçün əlamətdar olub.

Goal.az xəbər verir ki, Kataloniya təmsilçisinin heyətində ümumilikdə 768-ci, ölkə çempionatında isə 511-ci matçına çıxan argentinalı futbolçu Real Madrid-in sabiq qapıçısı İker Kasilyasın rekordunu yeniləyib. Veteran qolkiper La Liqada 510 görüş keçirib.

Messi bu göstərici ilə 7-ci sıraya yüksəlib. İlk pillədə Barcelona-nın keçmiş qapıçısı Andoni Subisarreta qərarlaşıb.

Qeyd edək ki, Barcelona-nın Real Sociedad-ı 6:1 hesabı ilə darmadağın etdiyi matçda Messi 2 qol vurub.

Çempionlar Liqasını kim qazanacaq?

MANCHESTER CITY
%
LIVERPOOL
%
REAL MADRID
%
PSG
%
CHELSEA
%
BORUSSIA DORTMUND
%
15551 səs