24/03/2021
15:25
2841
| A A A
Barcelona Kumanla bağlı qərar verdi

Barcelona-da baş məşqçi Ronald Kumanın gələcəyiylə bağlı qərar verilib.

Goal.az xəbər verir ki, bu barədə Catalunya Radio məlumat yayıb.

Kuman dünən klub rəhbərliyi ilə görüş keçirib. İclasda Barcelona-nın yeni prezidenti Xuan Laporta da iştirak edib.

Barcelona rəhbərliyi niderlandlı mütəxəssisin daha bir il komandada qalmasına razılıq verib. Kuman, yayda rəhbərlikdən transfer büdcəsinin artırılmasını tələb edib.

Barcelona hazırda La Liqada 2-ci sıradadır. Kumanın klubla müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Çempionlar Liqasını kim qazanacaq?

MANCHESTER CITY
%
LIVERPOOL
%
REAL MADRID
%
PSG
%
CHELSEA
%
BORUSSIA DORTMUND
%
15543 səs