26/03/2021
18:42
2040
| A A A
Xabi Alonso yeni müqavilə imzaladı

Real Sociedad əvəzedici komandanın baş məşqçisi Xabi Alonso ilə müqavilənin müddətini uzadıb.

Goal.az xəbər verir ki, 40 yaşlı mütəxəssisin yeni sözləşməsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xabi Alonsonun adı Almaniyanın Borussia Monchenladbach klubu ilə hallanırdı. İspan mütəxəssisin yeni mövsümdə Bundesliqa komandasını çalışdıracağı iddia olunurdu.

Alonso, 2019-cu ildən Real Sociedad-ın əvəzedici komandasında çalışır. Onun rəhbərlik etdiyi kollektiv 3-cü divizionda liderdir.

Çempionlar Liqasını kim qazanacaq?

MANCHESTER CITY
%
LIVERPOOL
%
REAL MADRID
%
PSG
%
CHELSEA
%
BORUSSIA DORTMUND
%
15550 səs