27/03/2021
12:26
1023
| A A A
Valencia-da ciddi itki

Niderland yığmasının və Valencia klubunun qapıçısı Yasper Sillesen azı bir ay yaşıl meydanlardan uzaqda qalacaq.

Goal.az xəbər verir ki, 31 yaşlı qolkiper ölkəsinin milli komandasının düşərgəsində zədələnib.

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan Türkiyə ilə səfər oyunundan öncə isinmə hərəkətləri edərkən zədələnən futbolçi həmin görüşdə meydana çıxa bilməmişdi. Komandası isə onun yoxluğunda 2:4 hesablı məğlubiyyətə üzülmüşdü.

Valencia-nın mətbuat xidməti Sillesenin son durumu ilə bağlı açıqlama yayıb. La Liqa təmsilçisindən verilən məlumata görə, sol dizindən ağır zədə almış futbolçu azı 5-6 həftə yaşıl meydanlardan kənarda qalmalı olacaq.

Çempionlar Liqasını kim qazanacaq?

MANCHESTER CITY
%
LIVERPOOL
%
REAL MADRID
%
PSG
%
CHELSEA
%
BORUSSIA DORTMUND
%
15551 səs